Scratch nədir?
Scratch – Vizual proqramlaşdırma dilidir.
Scratch ilə nələr mümkündür?
- Kodlaşdırmanı sadə yolla və oyunlar vasitəsilə öyrənmək
- Sürətli nəticə əldə edərək əsas proqramlaşdırma anlayışları ilə tanış olmaq
- İnteraktiv hekayələr, oyunlar və animasiyalar tərtib etmək
- İdeyaları virtual mühitdə reallaşdırmaq
- Yaradılan məhsulu virtual cəmiyyətlə bölüşmək
Scratch-da istifadə olunan əsas bloklar:
- Motion – Hərəkət: sprite-ları hərəkət etdirmək üçün istifadə olunur.
- Looks – Görünüş: sprite-ların görünüşünü dəyişir, danışdırır.
- Sound – Səs: səs əlavə etmək və idarə etmək üçün bloklar.
- Events – Hadisələr: istifadəçinin proqramla qarşılıqlı əlaqəsini idarə edir.
- Control – İdarəetmə: dövrlər, şərtlər və gözləmələr üçün bloklar.
- Sensing – Hissiyyat: sprite-ların digər obyektlər və istifadəçi ilə əlaqəsini yoxlayır.
- Operators – Operatorlar: riyazi və məntiqi əməliyyatlar üçün.
- Variables – Dəyişənlər: məlumat saxlamaq və istifadə etmək üçün.